Messi Ronaldoya qarşı oynaya bilər

İdman

PSJ və “Əl Nəsr” arasında yaxın həftələrdə yoldaşlıq oyunu keçirilə bilər.

Məlumata görə, Fransa klubu ilə Səudiyyə Ərəbistanı komandası arasında keçiriləcək oyun 2022-ci ilin yanvarına planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Argentinalı hücumçu Lionel Messi məhz PSJ-də çıxış edir. Portuqaliyalı futbolçu Kriştianu Ronaldu isə bugünlərdə “Əl Nəsr” ilə müqavilə imzalayıb.

Messi və Ronaldu sonuncu dəfə 2020-ci ilin dekabrında Çempionlar Liqasının “Barselona” və “Yuventus” matçında qarşılaşıblar. Bu görüşdə portuqaliyalı hücumçu dubla imza atıb.

Mənbə: sport-express.ru