Orxan Məmmədov: “Azərbaycanda KOB İnvestisiya Fondu yaradıla bilər”

İqtisadiyyat

“Azərbaycanda KOB İnvestisiya Fondu yaradıla bilər”. 

Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib. 

Onun sözlərinə görə, məsələ barədə danışıqlar aparılır: 

“İnanıram ki, KOB İnvestisiya Fondu tezliklə fəaliyyətə başlayacaq. Məqsəd bəzi layihələrdə sahibkarlıq subyektləri ilə birlikdə tərəfdaş olmaqdır. Nəticədə dövlət vəsaitindən əlavə, yerli investor da müəyyən maliyyə vəsaiti qoyaraq bu fondun iştirakçısı ola bilər”. 

O, banklarda kreditlərin illik faiz dərəcələrinin yüksək olması barədə də danışıb:

“Bizdə onların nə vaxtsa bu faizi azaldacaqlarına dair bir məlumat yoxdur. Lakin dövlətin də güzəştli maliyyə alətləri mövcuddur. Sahibkarlar bundan istifadə edirlər”.

İlhamə Əbülfət