Mikayıl Cabbarov: “Azərbaycanda vergi daxilolmaları 34 % artıb” – FOTO

İqtisadiyyat

“Bu ilin I rübündə Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 % artaraq 2 milyard 802 milyon 191,1 min manat təşkil edib və proqnoz 123,8 % icra olunub”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” səhifəsində qeyd edib.

“O cümlədən, qeyri-neft sektoru üzrə vergi daxilolmaları 48,9% artaraq 2 milyard 249 milyon 381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib”, – deyə nazir bildirib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir