Azərbaycan neftinin qiyməti düşüb

İqtisadiyyat

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti enib.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,70 ABŞ dolları azalaraq, 94.44 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.