Kliniki Tibbi Mərkəzin direktoru: “Həkimlərin əməkhaqqı 10 dəfəyə yaxın artırılıb”

İqtisadiyyat

“Həkimlərin əməkhaqqı 10 dəfəyə yaxın artırılıb”.

Oxu.Az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzə mediatur zamanı mərkəzin rəhbəri Könül Ələkbərov deyib.

K.Ələkbərov qeyd edib ki, tibb bacılarının da maaşlarında artım var:

“2019-cu ildə Kliniki Tibbi Mərkəzdə həkimlərin əməkhaqqı 375 manat olub. İndi isə bu məbləğ 2 min 26 manata yüksəlib. Tibb bacılarının əməkhaqqı 2019-cu ildə 258 manat olub. Hazırda həmin şəxslərin aylıq əməkhaqqı 596 manata çatıb. Kiçik tibb heyəti işçilərinin aylıq əməkhaqqı  isə 2019-cu ildə 209 manat idisə, indi 477 manatdır”.

Nəzrin Vahid