Biləsuvarda üç uşaq atası intihar edib

Kriminal

Biləsuvarda 38 yaşlı kişi intihar edib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xırmandalı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1984-cü il təvəllüdlü Ziya Ağayev yaşadığı mənzilin zirzəmisində özünü asıb.

Onun meyitini ailə üzvləri aşkarlayıblar. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Z.Ağayev ailəli olub, 3 övladı var.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir