61 yaşlı kişini maşın vuraraq öldürüb – FOTO

Kriminal

Samuxda piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011″markalı minik maşını yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Mübariz Məmmədovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir