Mətanət İsgəndərlinin bacısı qızını intim görüntüləri ilə şantaj edən şəxs həbs edildi

Kriminal

Əməkdar artist Mətanət İsgəndərlinin bacısı qızını şantaj edərək 1 000 manat pul tələb edən şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət öncə 26 yaşlı Ağcabədi rayon sakini Səfər Səfərov qadından tələb etdiyi məbləği verməyəcəyi təqdirdə onu intim görüntülərini “Instagram” sosial şəbəkəsində paylaşmaqla təhdid edib.

Araşdırmalar zamanı məlum olub ki, intim görüntüləri müğənninin bacısının qeyri-rəsmi nikahda yaşadığı şəxs bir neçə il əvvəl evə quraşdırdığı gizli kamera vasitəsilə lentə alıb. Daha sonra həmin şəxsin M.İsgəndərlinin bacısı ilə münasibətləri pozulduğundan o, görüntüləri bir neçə şəxsə ötürüb. Həmin şəxslərdən biri də Səfər Səfərov olub. O, əlinə keçən videodan şəkillər hazırlayaraq üzərinə Mətanət İsgəndərli ilə bacısının səs yazısını montaj edib və sosial şəbəkədə paylaşıb.

Qızın şikayətindən sonra həmin şəxs barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. İşə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S.Səfərov üç il müddətinə azadlıqdan məhrum edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir