Türkiyə vətəndaşı Tərtərdə qayınatası, qayınanası və arvadını döydü

Kriminal

Türkiyə vətəndaşı Tərtər rayonunda yaşayan qayınatasının evinə gələrək mübahisə yaradıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprel ayının 17-də gecə saatlarında Türkiyə Respublikasının vətəndaşı Hazret Işık Tərtər rayonunda yaşayan qayınatasının evinə gələrək ona, qayınanasına və həyat yoldaşına küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib:

“Həmçinin qayınatasına məxsus avtomobili qəsdən yandırıb. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Tərtər RPŞ-də müvafiq ekspertizalar təyin olunmaqla cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir