Siyəzəndə bıçaqlanma hadisəsi baş verib

Kriminal

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Zarat kəndində qeydə alınıb.

Beləki, kənd sakini 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb.

İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Nəticədə N.Fərzəliyev 4 bıçaq zərbəsi alıb.

Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir