Qusarda səkkiz il əvvəl törədilmiş qətlin üstü açılıb

Kriminal

Prokurorluq və polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisində səkkiz il əvvəl qeyri-aşkar şəraitdə törədilmiş qətlin açılması təmin edilib. 

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Müəyyən edilib ki, 2014-cü ilin iyun ayında Qusar rayon sakini Sevindik Nəzirov digər şəxslərlə qabaqcadan əlbir olmaqla aralarında yaranmış mübahisə zamanı tanışları Mahir Fərzəliyevə çoxsaylı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürüb.

Sevindik Nəzirov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Sevindik Nəzirov şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli etiraf edib və Mahir Fərzəliyevi basdırdıqları yeri göstərib. 

Hadisə yerinə baxış zamanı S.Nəzirovun göstərdiyi yerdən insan sümükləri aşkar edilərək müvafiq qaydada götürülüb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir