Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir – FOTO

Mədəniyyət

Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir. 

Oxu.Az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Saytımıza açıqlama verən Əməkdar artist Dilarə Əliyeva bildirib ki, Tünzalənin sağalacağına inanırdı:

“Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat eşqi var idi ki… Azərbaycan televiziyası, kinosu, teatrı Tünzalənin timsalında çox böyük aktrisanı itirdi”.

D.Əliyeva sonuncu dəfə ötən həftə danışdığını qeyd edib:

“Sonuncu dəfə ötən həftə danışdıq. Yaşamaq istəyirdi. Bütün tamaşaçılar dünən bu sənətkar üçün göz yaşı tökdülər. Qısa, mənalı və dolğun ömür yaşadı”.

Nəzrin Vahid

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir