Uşaq İncəsənət Festivalının 2-ci mərhələsi bitdi.

Mədəniyyət

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının 2-ci mərhələsinə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi üzrə yekun vurulub.

Festivalın 2-ci mərhələsində region üzrə 206 nəfər iştirakçı mübarizə aparıb. İştirakçılar 14 nominasiyada – piano, klassik simli alətlər, Azərbaycan Xalq Çalğı Alətləri ifaçılıqları, akademik vokal, estrada oxuma, xor, xanəndəlik, aşıq sənəti, solo milli rəqs, milli rəqs ansamblı, aktyorluq, bədii qiraət, dekorativ tətbiqi sənət və rəssamlıq nominasiyalarında bacarıqlarını göstəriblər.Q

eyd edək ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə keçirilən festivalın 2-ci mərhələsi bir məntəqədə – Salyan Dövlət KuklaTeatrında reallaşıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir