Burak Özçivit Bakıya gələcək

Mədəniyyət

Məşhur türkiyəli aktyor Burak Özçivit Bakıya səfər edəcək.

Oxu.Az-ın xəbərinə görə, “Kuruluş Osman” serialında rol alan sənətçi Bakıya iyulun 2-də təşkil olunacaq kikboksinq turniri ilə bağlı gələcək.

Onu “Kuruluş Osman”da rol alan kikboksçu Zabit Səmədov müşayiət edəcək.

Qeyd edək ki, iyulun 2-də Türkiyənin “Loca” döyüş klubunun təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində azərbaycanlı və türkiyəli kikboksçuların əcnəbi idmançılara qarşı döyüş gecəsi baş tutacaq.

Səbuhi Musa

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir