Freyzer Tom Kruzun oynadığı “Mumiya”nı tənqid etdi, rola özünü namizəd göstərdi – FOTO

Mədəniyyət

“Mumiya” barədə film seriyaları ilə məşhurluğunun zirvəsinə çatan Hollivud ulduzu Brendan Freyzer düzgün ssenari yazılarsa franşizanın dördüncü hissəsində də çəkilmək arzusunu açıqlayıb.

O, 2017-ci ildə özünün deyil, həmkarı Tom Kruzun baş rolunu oynadığı “Mumiya”nı da xatırladıb. Qeyd edək ki, bu film orijinal trilogiyadan daha tutqun və qorxu üslubunda çəkilib. Freyzerin fikrincə məhz bu xüsusiyyət filmin uğursuzluğuna səbəb oldu.

“Bu triologiyanın əsas inqrediyenti əyləncəli olması idi və sonuncu filmdə məhz bu çatışmırdı: Bir xətt üzərində qorxu filmi idi. “Mumiya”da isə attraksion olmalıdır, amma horror yox. Bəli, onu da bilirəm ki, buna nail olmaq çətindir – bu işlə üç dəfə məşğul olmuşam”, – deyə aktyor vurğulayıb.

Qeyd edək ki, Freyzer “Mumiya”, “Mumiya qayıdır” və “Mumiya: Əjdaha İmperatorunun məzarı” filmlərində Rik O’Konnell rolunu oynayıb.

Brendan Freyzerlə birlikdə yeni “Mumiya”nın çəkilib-çəkilməyəcəyi məlum deyil. Ancaq baş tutarsa franşizanın pərəstişkarlarını və aktyorun özünü sevindirəcəyi şübhəsizdir.

Mənbə: Variety

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir