Ordumuzun varlığından qorxan bütün erməni kişilər qadınlarını ataraq Xocalının Pirlər kəndindən qaçıblar

Müharibə

Qarabağda 44 günlük müharibədə döyüş meydanından qaçmaqda “rekord”lar qıran erməni kişiləri bu “uğur”larını davam etdirməyə çalışırlar. Artıq onlar Xocalının Pirlər kəndini ərazisində də müvafiq göstəricilərini təkrar ediblər. Belə ki, erməni kişilər Pirlər kəndini tamamilə tərk ediblər.  

Üstəlik bu məlumatı ermənilərin özlərinin çəkdiyi kadrlar sübuta yetirir. Ərazidən hazırlanan süjetdə qeyd olunur ki, hazırda kənddə sadəcə bir neçə erməni qadın yaşamağa davam edir. Süjetdə kişilərdən isə heç bir əsər-əlamət yoxdur.

Görünür, Azərbaycan ordusunun varlığının canına qorxu saldığı erməni kişilər düşünmədən ərazidən qaçıblar. Bu zaman isə ənənələrinə sadiq olaraq qadınları önə veriblər.

Erməni terrorçuları bir vaxtlar Qarabağda dinc əhaliyə, qadın, uşaq və yaşlılara qarşı amansızlıq göstərsələr də, Azərbaycan ordusunun hətta müharibədə belə humanizm prinsiplərinə sadiq qaldığına yaxşı bələddirlər. Odur ki, Pirlərdə yaşayan erməni kişilər öz canlarını düşünüb, qorxaraq qaçsalar da, qadınlarını burada saxlayıblar. Qadınları tək qoyaraq qaçan erməni kişilərin ərazidən nə zaman və hara qaçması isə süjetdə qeyd olunmayıb.

Mənbə: News.am  

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir