Prezident İlham Əliyev: “Biz hər zaman etibarlı tərəfdaş olmuşuq”

Siyasət

“Biz qaz yataqlarımıza investisiyalarımızı artırırıq. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatının artırılması ilə bağlı 10 Avropa ölkəsindən müraciətlər almışıq və bunu da edirik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında söyləyib.

“Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır, bu belədir, biz hər zaman etibarlı tərəfdaş olmuşuq. Biz neftimizi, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarırıq”, – deyə dövlətimizin başçısı bildirib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir