Deputat: “Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar”

Siyasət

Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa xəbərdarlıq edib.

Bununla belə o vurğulayıb ki, əgər azərbaycanlı Rusiya və ya Ukrayna vətəndaşıdırsa, bu ölkələrin qanunlarına uyğun olaraq orduya çağırılıbsa, yaxud könüllü dəstələrdə döyüşürsə, o zaman Azərbaycan qanunları ilə heç bir məsuliyyət daşımır.

“Ancaq Azərbaycan vətəndaşıdır və digər ölkənin ordusu, yaxud könüllülər dəstəsinə qoşularsa, müvafiq olaraq məsuliyyət daşıyacaq”, – deyə parlamentari yerli media nümayəndələri ilə söhbətində bildirib.

Qeyd edək ki, Azərbaycan öz vətəndaşlarına xarici dövlətlərin silahlı qüvvələri sıralarında xidmət etməyi, müqavilə əsasında, yaxud muzdlu hərbi qulluqçu kimi xidmət etməyi qadağan edir.

Mənbə: Sputnik

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir