Elxan Allahverdiyev vətəndaşların növbəti qəbulun keçirdib

Siyasət

21 aprel 2022-ci il tarixində 246 nömrəli məktəb-liseydə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə səyyar qəbulu keçirildi. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər. Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtüklərinin təmiri , Bakı Nəqliyyat Agentliyi tərəfindən avtobus dayanacağının yerinin dəyişdirilməsi, küçə işıqlarının bərpası , bina girişinin, bina fasadının və istinad divarının təmiri və həyətin abadlaşdırılması, yaşayış binasının dezinfeksiya olunması, binanın zirzəmisində istilik xəttlərinin təmiri və aşma təhlükəsi olan ağacın budanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir