Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqını təbrik etdi – FOTO

Siyasət

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ersin Tatar bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“34 il əvvəl, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında bir araya gələn 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşəlini alovlandırdı və Azərbaycan dövləti quruldu.

17 Noyabr Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi sevgilərimi və xoş hisslərimi çatdırıram”, – deyə o paylaşımında qeyd edib.

 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir