İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək

Siyasət

İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.

“Report” xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün üç gün Şuşada qalıb.

Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.

Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.

“Avropanın caz musiqisi ilə muğam arasında çox oxşar məqamlar, məsələn improvizasiyalar var. Mən də yerli mədəniyyəti sıfırdan öyrənmək və onu Avropa tamaşaçısına çatdırmaq istədim”, – o deyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir