TDT-nin baş katibi: “Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyasının qələbəsidir”

Siyasət

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi bütün türk dünyasının qələbəsidir”.

“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

Amreyev Şuşanın mədəni əhəmiyyətini xüsusilə vurğulayaraq, şəhərin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini xatırladıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir