VI Xəzər Sammitinin keçiriləcəyi tarix açıqlanıb

Siyasət

VI Xəzər Sammiti iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, daha əvvəl tədbirin 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, sonradan bu ilə keçirilmişdi.

Xatırladaq ki, V Xəzər Sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib. Zirvə görüşündə Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran prezidentləri iştirak ediblər.

Sammitin yekunlarına əsasən, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir