13 Əfsanə poema kitabın təqdimatı keçiriləcək.

Baş səhifə

12 May 2023- cü il tarixində saat 15:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Elnur Uğurun II Qarabağ savaşında qanlarıyla əfsanə yazan 13-cü əfsanəvi taborun 13 şəhidinin döyüş yolundan bəhs edən “13 Əfsanə” poema-kitabının təqdimatı olacaq.

Bu barədə kitabın müəllifi Elnur Uğur Abdiyev məlumat verib.

Qeyd edək ki, kitabda 13 Şəhidin Füzulidən-Şuşaya qədər keçdiyi döyüş yolu həm lirik, həm də epik təqdimatda verilmişdir.

Bütün ədəbiyyatsevərlər dəvətlidir.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 53A

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir