Elmin Səmədov doğulduğu Salyan rayonunda son mənzilə yola salındı.

Baş səhifə

 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, Salyan rayonunun Qızılağac kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Elmin Mirzəli oğlunun nəşi ailəsinə təhvil verilib.

Hərbi qulluqçu Elmin Səmədov doğulduğu Salyan rayonunda son mənzilə yola salındı.

Dəfn mərasimində Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov,hüquq mühafizə orqanları, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Milli Məclisin deputatı Jalə Əhmədova,şəhid valideynlər və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir