Radikalların məkrli niyyətlərinin əsasını pozucu əməllər təşkil edir

Baş səhifə

Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Lakin bu gün Azərbaycanın uğurlarına və inkişafına kölgə salmağa çalışan, qaranlıq keçmişi ilə hər bir Azərbaycan vətəndaşının yaddaşına həkk olan AXCP və Müsavat Partiyası, onların riyakar, ikiüzlü “tərəfdaşları” qərbdən maliyyələşən qrantlar müqabilində vətənə və dövlətçiliyimizə xəyanət etməkdə davam edirlər. Milli maraqlardan, millilikdən uzaq olan xəyanətkar qüvvələrin çağırışlarına isə məhəl qoyan yoxdur. Çünki artıq müxalifətin iç üzü, xəbis niyyətləri və ermənipərəst qüvvələrin çaldığı havaya oynaması  hamıya məlumdur. Onlar hakimiyyətə gəlmək üçün istənilən yola gedir, yalan, əsası olmayan fikirlər səsləndirir, antiazərbaycan dairələrlə, hətta erməni lobbisi ilə də əməkdaşlıq edirlər. Bu yolu seçənlər ölkəmizin və regionun reallıqlarını nəzərə almır, beynəlxalq aləmdə baş verən proseslərin mahiyyətini dərk etmədən populist bəyanatlar səsləndirirlər. Dağıdıcı müxalifətin bütün cəhdləri iflasa uğrayır. Çünki xalq, yetişən gənc nəsil Prezident İlham Əliyevin ərtafında sıx birləşdiyini birmənalı olaraq bəyan edib. Göründüyü kimi, milli maraqlardan, millilikdən uzaq olan, yalnız öz şəxsi maraqlarını düşünən radikal müxalifət üçün Vətən, xalq, millət sonuncu məsələdir. Əsas isə belə məqamlardan yararlanıb daha çox qazanmaqdır. Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Radikalların məkrli niyyətlərinin əsasını pozucu əməllər təşkil edir.

Radikallar “boykot” pərdəsi altında öz zəifliyini gizlətməyə çalışır. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Radikalların “boykot” qərarlarını əslində bir tamaşa adlandırmaq olar. “Boykot” texnologiyanın strateji hədəfi eyni zamanda cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir.

Əminliklə ifadə edə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi demokratik prinsiplərə uyğun açıq siyasi mübarizə fonundadır. Qürurla qeyd edək ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan demokratik şəffaf cəmiyyət anlayışı bu gün özünün ən yüksək pilləsinə çatıb. Hazırda idarəçiliyin formalaşmasında əsas amil cəmiyyətin istək və arzularıdır. Bununla da 2024-cü ilin 7 fevral tarixində keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi daxil olacaq. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bu mənada mühüm önəm kəsb edir. Bu mənada seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Lakin bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə bağlıdır. Onlar bu seçkilərdə də biabırçı şəkildə məğlub olacaqlarına əmindir. Azərbaycan cəmiyyəti isə hər zaman olduğu kimi həqiqətə, reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlət anlayışına səs verməklə radikallara layiqli cavab vermiş olacaq.

 

Məhəmməd Mehdiyev,

Salyan rayon Seyidan kənd ümumi orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir