Məlum olduğu kimi 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulub. Belə bir qərarın qəbul edilməsi növbəti müdrik addım kimi qiymətləndirilməlidir. Artıq namizədlərin qeydiyyata alınması prosesinə start verilib.
Ənənəsinə sadiq qalan AXCP siyasi acizliyinin və məğlubiyyətinin növbəti etirafını etdi. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç oldu. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçdi. Əlbətdə ki, bu məqsədli şəkildə atılmış bir addımdır və qəbuledilməz məsələdir. Eyni zamanda müxalifətin bir sabotajı kimi qiymətləndirilməlidir. Seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəifliklərindən başqa bir şey deyildir.
Seçkidə hər kəsə bərabər imkanlar yaradılır. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayının keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb. Belə bir tarixi məqamda müxalifətin bu addımı atması görünür ki, xaricdən verilmiş bir sifarişdi. Təəssüf ki, hələdə bəzi müxalifət partiyaları xaricdən gələn sifarişləri yerinə yetirirlər. Milli maraqlara deyil, xarici maraqlara xidmət edirlər. Onlarda olan bu xainlik, cəmiyyət arasında şübhə yaratmaq arzusu və digər bu kimi amillər müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır.
“Boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Seçkilərdə biabır olacaqlarını qaragüruhlarla yanaşı ağaları da çox yaxşı bilir. Ona görə də “boykot” – sifarişli təxribatdır desək yanılmarıq. “Kirli” texnologiyalarının klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə edirlər. Azərbaycan xalqı qalib xalqdır. Azərbaycan xalqı ağı qaradan çox gözəl seçir.
Radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanıb. Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olub. Amma bu qüvvələr anlamır ki, seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olur. Boykotun” elan olunması həmdə onların mənəvi məğlubiyyəti deməkdir: “Eyni zamanda onların əsas strateji hədəfi cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir.
Seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyalara təhrik etməkdir. Heç şübhəsiz ki, radikal müxalifətin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini “boykot” qərarı seçki prosesinə və seçkinin nəticələrinə heç bir təsiri olmayacaq. Azərbaycan növbəti dəfə azad, ədalətli, şəffaf şəkildə seçkisini keçirəcək. Xalqımız bir daha məntəqələrə gedərək ən layiqli namizədə səs verəcək.
Sübhan Xəlilov,
Salyan rayon gənci, YAP fəalı