Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

Baş səhifə

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları da ulu öndərin xatirəsini ehtiramla yad edilər.

Ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti xalqa və dövlətçiliyə xidmət nümunəsidir. Ulu öndərimiz Azərbaycanın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirib, hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldıb.

Azərbaycanda 1969-cu il iyul ayının 14-dən başlanan Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının və milli kimliyinin bərpası, sürətli inkişaf strategiyasının gerçəkləşməsi kimi mühüm amillər təşkil edib. Ulu öndər dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks proqramın həyata keçirilməsinə nail olub. “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!”- deyən ulu öndər Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmamış, bununla yanaşı, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılıb, milli oyanışın əsası qoyulub. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaratmışdır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir