Yollar davamlı olaraq çəkilir

Baş səhifə

 

Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Bu tunel Murov dağının altından çəkilir. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Qarabağ bölgəsində indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir;

30 il mənfur düşmən tapdağında olan və sonunda 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun işğaldan azad etdiyi torparlarımızda, mürəkkəb relyefə – dərin dərələrə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurvericidir. Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətin olmasına baxmayaraq, həm Kəlbəcərdə, həm də Laçında həyata keçiriləcək layihələrdə ən əsas məqamlardan biri kimi rayonlararası yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması, Kəlbəcərin qonşu Laçın rayonu və respublikanın digər bölgələri ilə əlaqəsini təmin etmək üçün bir neçə iri yol layihəsi nəzərdə tutulur. Bu məqsədlə Kəlbəcər və Laçın rayonlarında Murov dağının altından çəkilən uzunluğu təxminən 12 kilometr olan ən uzun tunel daxil olmaqla 10-dan çox tunelin inşasına başlanmışdır.

Bərpa proqramı çərçivəsində, hər iki rayonu bir-birinə bağlayan və respublikanın digər bölgələri ilə əlaqəsini təmin edəcək yolların tikintisi ilə yanaşı Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı digər lazımi addımlar atılır. Keçən il istifadəyə verilən 4 su elektrik stansiyasından əlavə bu il 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcəkdir ki, buda öz növbəsində bərpa işlərinin daha sürətli aparılması, infrastrukturun qurulmasında öz tövhəsini vermiş olacaqdır. Laçın və Kəlbəcər rayonlarının gələcək inkişafında mühüm rol oynayacaq layıhələrdən biridə beynəlxalq hava limanın tikilməsidir ki, buda dərin dərələrə, yüksək dağlara malik mürəkkəb relyefin olmasına baxmayaraq, dağların yarılaraq və kəsilərək, hava limanın uçuş zolağı üçün uyğun şərait yaradılaraq inşa olunmasıdır. Bütün bu sadalanan işlərin tam sürətlə aparılması nəticəsində 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və buda Laçınla yanaşı yaxın qonşu rayonların həm gediş gəlişlərinin həmdə gələcək turizminin inkişafında öz tövhəsini vermiş olacaqdır.

Hal-hazırda Kəlbəcər rayonunda Baş plana uyğun aparılan işlər erməni faşistlərinin işğal dövrü ərzində viran qoyduqları kənd və qəsəbələrin daha gözəl və yeni infrastrukturla qurulması ilə yanaşı bəzi inzibatı dəyişiklərin olunması zərurəti yaratmışdır. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti qeyd olunan işlərin daha da gözəl dizayn edilmiş yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsinə şərait yaradır. Lakın dörd yaşayış məntəqəsi – İstisu qəsəbəsi, Başlıbel, Keşdək və İlyaslar kəndləri isə müstəqil şəkildə əvvəlki yerində bərpa olunacaq. Bərpa planında İstisu qəsəbəsində 425, Başlıbeldə 559, Keşdəkdə 543, İlyaslarda 600 ailənin yerləşdirilməsi üçün yaşayış sahələrinin tikilməsi nəzərdə tutulur.

Kəlbəcər rayonunun inkişafı konsepsiyasına uyğun İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa ediləcək.

44 günlük Vətən Müharibəsində əzmkarlıq göstərən Azərbaycan xalqı 30 il düşmən tapdağı altında tamamilə dağılmış 10 min kvadrat kilometr ərazidə eyni əzmkarlıqla yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür – infrastruktur işləri, xəstəxanalar, sanatoriyalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər, su elektrik stansiyaları və bir çox digər həyat əhəmiyyətli layihələr həyata keçirilməkdədir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik və sərhəd bütovlüyümüzə kəm baxan mənfur qonşuları torpaqlarızı viran qoyma arzularını azadan olunan ərazilərimizi çiçəkləndirməklə puç etdik.

 

Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının

Salyan şəhəri üzrə ƏPT-nın sədri Bənövşə Səfərova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir