Baş prokuror Kamran Əliyev Salyanda vətəndaşları qəbul edib.

Baş səhifə

 

İyulun 19-da Baş  prokuror Kamran Əliyev Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Neftçala, Biləsuvar, həmçinin digər rayonlardan olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.

Qəbulda iştirak edən 52 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları , mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər vermişdir.

Qəbuldan sonra Baş prokuror Neftçala və Biləsuvar rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.https://genprosecutor.gov.az/az/post/5390

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir