İdarə müdiri Salyanda vətəndaşları qəbul edib.

Baş səhifə

 

Sentyabr ayının 8- də Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Salyan rayonunda vətəndaşları qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir