“Ermənistan status-kvonu qorumaq üçün onlardan qalxan kimi istifadə etməyə çalışır” — Arzu Nağıyev

Baş səhifə

“Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs bizim vətəndaşımızdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, bu gün Ermənistanın Qarabağ ermənilərini qorumaq üçün ciddi resursu yoxdur.

“Məlumdur ki, bu gün onları qoruyan məhz Rusiyanın sülhməramlı qüvvələridir. Azərbaycan öz vətəndaşları olan erməni əsilli şəxslərə hücum etmək fikrində də deyil. Təbii ki, ermənilərin orada qeyri-qanuni silahlı hərbi qrupları var və onların təxribatlarının qarşısı mütəmadi olaraq Azərbaycan Ordusu tərəfindən alınır və alınacaq. Qarabağda yaşayanlar fikirləşirlər ki, rus sülhməramlılardan başqa heç kim onları qorumağa qadir deyil. Ancaq bu gün Ermənistanın da elə ciddi resursu yoxdur ki, onları qorusun. Bizim birmənalı şəkildə fikrimiz odur ki, ərazimizə gələn hər hansı bir qruplaşma qanunsuz hesab olunur və təbii ki, onlara qarşı da terror əməliyyatı keçirə bilərik”.

“Düşünmürəm ki, Ermənistan ciddi cəhdlə Qarabağı qorumaq fikrindədir. Sadəcə olaraq, beynəlxalq səviyyədə status-kvonu qorumaq üçün onlardan qalxan kimi istifadə etməyə çalışırlar. Cənab Prezident dəfələrlə öz bəyanatında deyib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Təbii ki, heç bir cinayətləri yoxdursa və Azərbaycan vətəndaşlığını qəbul edirlərsə, onlar bizim vətəndaşlarımız hesab olunacaq. Hər kəs kimi onların da hüquqları tanınacaq”, – deyə millət vəkili sonda qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir