Novruz xalqımızın birlik və həmrəylik bayramıdır !

Bölgə

Novruz xalqımızın birlik və həmrəylik bayramıdır !
Bütün bayramlar içərisində millətimiz üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən sevimli bayram Novruzdur. Bu bayram Azərbaycan xalqının qəlbinin bayramıdır.
Heydər ƏLİYEV Ümummilli liderimiz qeyd etmişdir ki, Novruz türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır.
Yaranış tarixi ilk bəşər övladının dünyaya qədəm qoyduğu gündən hesablanan, siyasi və dini düşüncələrlə heç bir əlaqəsi olmayan bu ümumxalq bayramının əsas qayəsi bolluq və firavanlıq, cəmiyyətdə ictimai bərabərliyi tarazlaşdırmaq, ziddiyyətləri aradan qaldırıb, ayrı-seçkiliyə son qoyub insanları həmrəyliyə səfərbər etmək, onların mənəvi tərəqqisinə və əxlaqi təkamülünə nail olmaqdır.
Ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində Novruz ənənələrinin yaşadılması qayğısına qalmış, bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirmişdir.
Bu gün Ulu Öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli dəyərlərimiz də beynəlxalq aləmdə tanınır və qəbul edilir. Bu işlərdə isə mədəni irsimizin ən böyük qayğıkeşi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir. Təsadüfi deyil ki, məhz Mehriban xanımın əməyi sayəsində 2009-cu ildə Novruz bayramı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin isə Novruz bayramını – martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir
Xalqımız bu il Novruz bayramını yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Çünki xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Məhz bu möhtəşəm Qələbəyə görə xalqımız artıq 2 ildir ki, Novruz bayramını qəhrəman və qalib xalq kimi qeyd edir.
İnanırıq ki, milli dəyərlərə sadiqlik və həmrəylik duyğusu bütün azərbaycanlıları doğma Vətənimizin inkişafı naminə daha sıx birləşdirəcəkdir. Hamınıza bahar təravətli bayram əhval-ruhiyyəsi arzu edirəm.
Qarşıdan gələn Novruz bayramınız mübarək olsun!
Samir Baxşiyev – YAP Siyəzən rayon təşkilatının sədri.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir