Gəncədə vətəndaşların mövcud problemlərinin aradan qaldırılması məqsədilə keçirilən səyyar görüşlər davam etdirilir

Bölgə


Vətəndaşlarla növbəti belə səyyar görüş Gəncə şəhər 31 nömrəli tam orta məktəbdə gerçəkləşib. Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev 31 nömrəli məktəbin məzunu şəhid Əliyev Həndi Elbrus oğlunun xatirə lövhəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Açıq mikrofon” şəraitində keçirilən görüşdə vətəndaşlar su və çirkab su xəttlərinin çəkilişi, işlə təminat, maddi yardım kimi məsələləri gündəmə gətiriblər.
Niyazi Bayramov vətəndaşların müraciətlərini bir-bir dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir