Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında 31 mart Azərbaycanlıların soyqırımı günü qeyd olunub

Bölgə

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında 31 mart “Azərbaycanlıların soyqırımı günü” münasibətilə “Soyqırımdan şanlı Zəfərədək keçilən yol” adlı anım tədbiri keçirilmişdir.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı tədbiri açıq elan etdikdən sonra Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən təşkilat sədri 1918-ci il 31 mart soyqırımı ərəfəsində ölkəmizdə və dünyada baş verən hadisə və proseslər barədə ətraflı məlumat verdi. Mənfur qonşularımız olan ermənilərin tarixin bütün dönəmlərində məqam gözlədiklərini, fürsət yaranan kimi öz qonşularına qarşı aqressiyalarını həyat keçirdiklərini bildirdi. Hələ XIX əsrin ortalarından etibarən Bakıda özlərinin xeyriyyə cəmiyyətini təsis edən azsaylı erməni ailələri, əsrin sonlarına doğru terroçu hərbi-siyasi təşkilatlarını (“Daşnaküstun”, “Qınçaq”, “Ərməniyyə”) yaratdıqlarını vurğuladı. Bildirildi ki, I dünya müharibəsinin nəticələri, bolşeviklərin mövqelərinin güclənməsi, Bakı şəhər Dumasına keçirilən seçkilərdə millətçilərin üstünlük əldə etmələri ermənilərə bəhanə oldu. Azərbaycanın az qala bütün bölgələrini əhatə edən soyqırım 50 mindən artıq soydaşımızın ölümünə, 10 minlərlə insanının öz doğma yurd-yuvalarından didərgin düşmələrinə səbəb olduğu qeyd olundu.
Sonrakı tarixi proseslərdən söz açan natiq bütün bu olanların öz siyasi-hüquqi qiymətini almasından ötrü Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin həyata keçirdiyi tədbirlərdən, 31 mart gününün Soyqırımı günü kimi qeyd olunması ilə bağlı imzalanmış sərəncamdan danışdı.
“Quba Memorial Kompleksi”nin yaradılmasının, “Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə bağlı” sərəncamın imzalanmasının dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tarixən qarşılaşdığımız soyqırım hadislərinin yadaşlardan silinməməsi üçün atılan tarixi addımlar olduğu vurğulandı. Məhz İlham Əliyevin Komandanlığı altında 44 günlük müharibə nəticəsində əldə olunan tarixi zəfərin ermənilərə tutarlı dərs olduğu, soyqırım qurbanlarının qanının yerdə qalmadığı bildirdi.
Tədbir iştirakçılarından ərazi partiya təşkilat sədri Elmin Nuri, Üzeyir Eyvazov, Firudin Cavadov, YAP rayon təşkilatının əməkdaşı Akif Kazımov mövzu ilə əlaqədar ətraflı danışdılar. Soyqırımla bağlı tarixi hadisələrin xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcəyini vurğuladılar. Bu hadisələrin öz hüquqi-siyasi qiymətini almasından ötrü işlərin davam etdirilməsinin əhəmiyyətini qeyd etdilər.
Tədbirin yekununda Soyqırım hadislərinə həsr olunmuş filmə baxıldı.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir