Bakı metrosu bayram günlərində necə işləyəcək? – AÇIQLAMA

Cəmiyyət

“Zərurət yaranacağı təqdirdə Bakı metrosunda ehtiyat qatarlar xəttə çıxarılacaq”.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Novruz bayramı ərəfəsində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək.

Belə ki, martın 19-dan 22-dək şəhər mərkəzinə, bayram gəzintisi məkanlarına və müxtəlif tədbirlərin keçiriləcəyi yerlərə yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə tutulub:

“Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.

“Bakı Metropoliteni” QSC sərnişinlərinə müraciət edərək, mənzil başına rahat və təhlükəsiz çatdırılmaları üçün metropolitendən istifadə qaydalarına, ictimai asayişin və metodiki göstərişlərin müvafiq tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsindən asılıdır”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-dən verilən məlumatda martın 19-20-də metropolitenin “İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş zəngin şou-proqram təqdim ediləcək. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir