Ağcabədidə traktor avtomobil ilə toqquşub, iki nəfər ölüb – FOTO+VİDEO

Cəmiyyət

Ağcabədidə yol qəzasında iki nəfər ölüb.

APA xəbər verir ki, rayonun Hindarx qəsəbəsində hərəkətdə olan Cəfər Allahverdiyevin idarə etdiyi “04 T 954” dövlət nömrə nişanlı traktor qarşıdan gələn “BMW” markalı “35 BX 876” dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “BMW”-nin sürücüsü Hindarx sakini Quliyev Sadiq Vahid oğlu və sərnişini rayon sakini Məmmədov Loğman İlqar oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.