Biləsuvar rayonunda K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb- liseyi əsaslı təmirdən sonra istifadəyə verilib.

Cəmiyyət
Sentyabrın 15-də Biləsuvar rayonunda K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb- liseyi əsaslı təmirdən sonra istifadəyə verilib.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, məktəb kollektivi və rayon sakinləri iştirak ediblər.
K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb- liseyində təmir-tikinti işlərinə 2021-ci ilin fevral ayında başlanılıb. Məktəbin köhnə binasında möhkəmləndirmə işləri və yeni korpusun inşası aparılıb. Layihəyə əsasən 624 şagird yerlik məktəbdə sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. K. Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb- liseyində iki növbədə 624-dən çox şagird təhsil alacaq.
Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində təhsil islahatları uğurla icra olunur və təhsil müəssisələrinin maddi-texniki bazası və infrastrukturu günü-gündən yenilənir və sürətlə inkişaf edir.
Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris ili, eyni zamanda yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə məktəbin pedaqoji kollektivini və şagirdləri təbrik edib, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb.
Daha sonra Şirvan -Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi kimi məsələlərdən danışıb.
Bildirib ki, ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, inşası və yenidən qurulması, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinin vacibliyinə yönəlib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir bariz göstəricisidir.
Daha sonra çıxış edən qonaqlar “Bilik Günü” və yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, ən xoş arzularını çatdırıblar.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
May be an image of 6 people
May be an image of 4 people
May be an image of table and text
May be an image of 1 person and hospital
May be an image of 4 people
May be an image of 5 people
May be an image of 5 people

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir