Şirvan-Salyan Regional Təhsil İdarəsi Salyan rayonu üzrə təhsil sektorunda yardımçı dövlət qulluğu olan böyük mütəxəssis vakant vəzifəsi üzrə sənəd qəbulu elan edir.

Cəmiyyət

Həmin vəzifənin tutulması üçün 08.12.2023-cü il tarixdən 20.12.2023-cü il tarixədək tam orta və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. Müsahibə zamanı Ali təhsilli, Salyan şəhərinin sakini olan, dövlət orqanlarında və təhsil sahəsində iş təcrübəsi olan, eləcə də kargüzarlıq işini və təhsil sahəsini tənzimləyən qanunvericilik aktları barədə məlumatlı olan namizədlərə üstünlük veriləcək. Maraqlananlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan şəhəri, Ə.Hüseynov, 2A ünvanında yerləşən inzibati binasına gələrək və ya [email protected] (mövzu hissəsində vakansiyanın adı qeyd edilməlidir) ünvanına tələb olunan sənədləri göndərə bilərlər.
Əlavə məlumat üçün (010) 525-09-25 nömrəli telefon xəttinə zəng edərək məlumat əldə edə bilərsiniz.

#ŞirvanSalyanRTİ #Vakansiya #EduAz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir