Bakıda sexdə baş verən partlayışla bağlı axtarış-xilasetmə işləri bitib – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət

Bakının Binəqədi rayonunda sexdə dünən baş verən partlayış-yanğınla bağlı ərazidə axtarış-xilasetmə işləri başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, partlayış-yanğın baş verən ərazidə axtarış işləri bitib.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

16:37

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə yanvarın 15-də baş vermiş partlayışdan sonra dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən bu gün ikinci meyit çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

14:52

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.

Bu barədə FHN-dən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dağıntılar altından çıxarılan qadın meyitidir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, səkkiz nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

11:17

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş partlayışla əlaqədar dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Oxu.Az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, yeddi nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir