Bakını bir-birinə qatan sürücünü üç DYP maşını sıxışdırıb saxlatdı – YENİLƏNİB + ANBAAN VİDEO

Cəmiyyət

Bakıda magistral yolda hərəkətin əks istiqamətinə sürərək həm özü, həm də digər sürücülərin həyatını riskə atan sürücünün saxlanılma anının görüntüləri yayılıb.

Bu barədə baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Məlumata görə, narkotik vasitənin təsirində olan sürücü Bakıxanov qəsəbəsi, Süleyman Axundov küçəsi 44A ünvanında Dövlət Yol Polisinin (DYP) üç avtomobili tərəfindən sıxışdırılaraq saxlanılıb.

Buna qədər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) baku.ws-ə daxil olan məlumatda bildirilib ki, Bakı şəhər DYPİ əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün KIA markalı, 99-RO-503 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq H.Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Elşən İlham oğlu Qanbayev saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Qanbayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Qanbayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

09:20

Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün KIA markalı, 99-RO-503 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq, H.Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Elşən İlham oğlu Qanbayev saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Qanbayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə E.Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir