Bakıda tikinti materialları mağazası və anbar yanıb

Cəmiyyət

Bakıda tikinti mağazası və anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, “112” qaynar xəttinə Xəzər rayonu, Mərdəkan qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunublar.

Yanğın söndürülüb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir