Siyəzəndə yük maşınları toqquşub, xəsarət alanlar var – FOTO

Cəmiyyət

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Quba yolunun 112-ci km-də, Siyəzənin Gilgilçay qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran sakini 1958-ci il təvəllüdlü Həsən Nuriyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Ağayevin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan hər iki sürücü Təcili Tibbi Yardımın köməyi ilə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir