Qardaş ölkədəki yarışda Azərbaycanı hansı idmançılar təmsil edəcək?

İdman

Türkiyənin Antalya şəhərində keçiriləcək cüdo üzrə növbəti “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçularının sayı və adları bilinib.

Oxu.Az xəbər verir ki, qardaş ölkədə Azərbaycanı 17 idmançı təmsil edəcək. Bunlardan 13-ü kişi, 4-ü qadın cüdoçudur. Aparıcı idmançılarımızdan heyətdə 73 kq çəki dərəcəsində Hidayət Heydərov və 90 kq-da Məmmədəli Mehdiyev yer almayacaq.

Kişilər: Balabəy Ağayev, Turan Bayramov (hər ikisi -60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi -66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi -73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi -81 kq), Rüfət İsmayılov (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq)

Qadınlar: Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), Günel Həsənli (-70 kq)

Qeyd edək ki, yarış 1-3 aprel tarixlərində keçiriləcək. “Böyük Dəbilqə” turnirində 70 ölkənin 588 cüdoçusu (353 kişi və 235 qadın) mübarizə aparacaq.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir