Anti-Rusiya sanksiyaları Bakı metrosu üçün vaqon istehsalına necə təsir edəcək?

Cəmiyyət

“Bakı Metropoliteni” QSC Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Bakı metrosu üçün 20 vaqonun istehsalına və təhvil verilməsinə təsirini araşdırır.

Bunu “Report”un sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, araşdırmanın nəticələri tezliklə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında “Bakı Metropoliteni” Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, 2020-2022-ci illərdə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın istehsal edilərək Bakıya gətirilməsi nəzərdə tutulub.

Əlavə edək ki, ötən illərdə “Metrovaqonmaş” Bakı metrosu üçün qatarların istehsalına ilin əvvəlindəı başlayıb, müqavilə şərtinə görə isə avqustun sonundan gec olmayaraq “Bakı Metropoliterni”nə təhvil verilib.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətindən 2015-ci ildə 15, 2018-cı ildə 10, 2019-cu ildə 30, 2020-ci ildə isə 20 yeni tipli vaqon alıb.

Fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə səbəbindən dünyanın bir çox ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq eləməyə başladı. Həmçinin dünyanın iri transmilli şirkətləri də Azərbaycanın şimal qonşusunda istehsal müəssisələrini dayandırdı.

Rusiyada vaqon istehsalı ilə tanınan “Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC-nin də istehsal etdiyi vaqonlar üçün avadanlıqların əsas hissəsini Qərb ölkələrindən idxal edir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir