Azərbaycanda yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapılıb – FOTO

Cəmiyyət

Neftçalada Kür çayının yatağından küp qəbir tapılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, tapıntını Neftçala rayonunun Cəngən kənd orta məktəbinin tarix müəllimi Şəhrəbanu Ağalarova aşkar edib.

Belə ki, o, yaşadığı ərazidə, Kür çayının yatağından yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapıb.

Onun sözlərinə görə, o, küp qəbir haqqında yerli balıqçılardan eşidib: “Balıqçılar deyir ki, bu ərazilərdə çay yatağı boyunca küp qəbirlər çoxdur. Bunların içərisində uşağa aid küp qəbir də var”.

Hazırda o, qalıqları dərs dediyi fənn kabinetində saxlayır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir