Göygöldə avtoxuliqanlıq edən sərxoş sürücü bir il maşınsız qalacaq – FOTO

Cəmiyyət

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sərxoş halda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakini Zamin Məmmədov idarə etdiyi VAZ markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılan zaman onun ağır dərəcəli sərxoş olması da müəyyən edilib. Sərxoşluq müayinəsindən keçirilən Z.Məmmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, bir il sürücülük hüququndan məhrum edilməklə 750 manat miqdarında cərimə edilib.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir