Bakıda yeni doğulmuş körpənin meyitini küçəyə atdılar

Cəmiyyət

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kim tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir