Beş yaşlı Züleyxa serebral iflicdən əziyyət çəkir – FOTO

Cəmiyyət

2018-ci il təvəllüdlü Qubadova Züleyxa mikrosefaliya, serebral iflicdən əziyyət çəkir.

Bu barədə Züleyxanın atası Qubadov Həmid məlumat verib.

O qeyd edib ki, övladı əqli inkişafdan geri qalıb:

“Qızım yaşıdları ilə oynaya bilmir. Bu bir valideyn olaraq mənim üçün çox ağırdır. Züleyxa müalicə almalıdır. İlkin mərhələdə bizə yeddi min manat civarında pul lazımdır. İmkanlı şəxslərdən xahiş edirik, bizə kömək etsinlər”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir