Azərbaycanda son sutkada 38 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 792 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib, aktiv xəstə sayı 297 nəfərdir.

Ölkədə son sutka ərzində 5 230, hazırkı dövrədək isə 6 726 560 test aparılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir